Bakı–Tbilisi–Ceyhan kəməri ilə 20,1 milyon tondan çox neft daşınıb

Bakı–Tbilisi–Ceyhan kəməri ilə 20,1 milyon tondan çox neft daşınıb

Hazırda oxunan: Bakı–Tbilisi–Ceyhan kəməri ilə 20,1 milyon tondan çox neft daşınıb

155215

Yanvar-avqust aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 26 milyon 456,9 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, nəqletmənin 76,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-avqust ayları ərzində bu kəmərlə 20 milyon 149,8 min ton neft nəql edilib.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,5 faizini və ya 16 milyon 834,5 min tonunu Azərbaycanda hasil edilən neft, 16,5 faizini və ya 3 milyon 315,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO