Ermənistan ordusunu Qarabağdan çıxarmağa başladı 

Ermənistan ordusunu Qarabağdan çıxarmağa başladı 

Hazırda oxunan: Ermənistan ordusunu Qarabağdan çıxarmağa başladı 

15520

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, ölkənin bu gün səhər saatlarından müxtəlif KİV-ləri bu barədə məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda xidmət edən erməni əsgərlərinin valideynləri etiraz edir – Paşinyan sözünü tutmur


Onların sözlərinə görə, artıq Ermənistan hakimiyyəti Qarabağdan Silahlı Qüvvələrini çıxarmağa başlayıb. 

Məlumatlarda qeyd olunur ki, daha Qarabağda hərbi xidmət keçmək üçün Ermənistandan heç kəs göndərilməyəcək. Qarabağda ancaq yerli sakinlərdən ibarət bölmələr qalacaq. Artıq Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin Qarabağdan geri çəkilmə prosesi başlayıb.

Bu ölkə daxilində bəzi revanşist qüvvələrin etirazına səbəb olsa da sadə vətəndaşlar çox sakit və razılıqla reaksiya verirlər.

Hətta 2 gün öncə Paşinyanın bölgələrdə yerli sakinlərlə görüşləri zamanı da sadə insanlar bunun vacib olduğunu qeyd etmişdilər.

Xatırladaq ki, 10 noyabrda imzalanan üçtərəfli sülh bəyannaməsinə görə Ermənistan hakimiyyəti qoşunların Qarabağ ərazisindən çıxarılmasını təmin etməlidir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO