Tələbə adını qazanan şəhid əmanətlərinin şərəfinə ziyafət TƏŞKİL OLUNDU – FOTO  

Tələbə adını qazanan şəhid əmanətlərinin şərəfinə ziyafət TƏŞKİL OLUNDU – FOTO  

Hazırda oxunan: Tələbə adını qazanan şəhid əmanətlərinin şərəfinə ziyafət TƏŞKİL OLUNDU – FOTO  

155163

Vətənimizin bütövlüyü və dövlətimizin müdafiəsi uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi hər birimiz üçün əzizdir. Onların əmanətləri olan ailələrinə, övladlarına sahib çıxmaq isə cəmiyyət olaraq borcumuzdur. 

Sevindirci haldır ki, bu il çox sayda şəhid ailələrinin üzvləri qəbul imtahanlarında uğurlu nəticə göstərərək tələbə adını qazanıblar.



Şəhid əmanətlərindən uğurlu nəticə 

Tədris ili başlamamışdan öncə tələbə adını qazanan 18 şəhid əmanətinin şərəfinə ziyafət təşkil olunub. 

Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyinin nümayəndələrinin və bir sıra ziyalıların iştirak etdiyi ziyafətdə çıxış edənlər şəhid əmanətlərinin qazandıqları uğurlu nəticələrdən bəhs ediblər.



Qeyd olunub ki, onlar tələbə adını qazanmaqla mühüm uğura imza atıblar.

Çıxış edənlər şəhid əmanətlərinin təhsil almasının əhəmiyyətindən də söz açıblar. Şəhid ailələrinə qayğı göstərməyin vacibliyi isə xüsusi vurğulanıb.

Bildirilib ki, şəhid ailələrinin yanında olmaq hər birimizin mənəvi vəzifəsidir.

“Fire Land Group”un təşkilatçılığı ilə baş tutan tədbirin sonunda “Baku City Residence” tərəfindən tələbə adını qazanan şəhid xanımlarına və övladlarına qiymətli hədiyyələr təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO