Axtarışda olan 28 nəfər yaxalandı – DİN-in statistikası

Axtarışda olan 28 nəfər yaxalandı – DİN-in statistikası

Hazırda oxunan: Axtarışda olan 28 nəfər yaxalandı – DİN-in statistikası

15516

Mart ayının 20-dən 22-dək daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılmışdır.
 

MÖVZU İLƏ BAĞLI:

Qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanıldı - Mingəçevirdə - FOTO


Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO