"ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial mediaya iki-üç ay sonra şəxsi platformada qayıdacaq".
Bizim.Media "Fox News"a istinadən xəbər verir ki, bu barədə onun müşaviri Ceyson Miller bildirib.
MÖVZU İLƏ BAĞLI:
Tramp ailə biznesinə qayıdır – Şirkətinin 300 milyon dollar borcu var
Millerin sözlərinə görə, Tramp yaxın vaxtlarda yeni şəxsi platformada sosial media sahəsinə qayıdacaq. Trampın məsləhətçisi əlavə edib ki, bu, böyük platforma olacaq. Yeni platforma on milyonlarla istifadəçi yığacaq:
"Oyun qaydaları tamamilə dəyişəcək"
Qeyd edək ki, "Twitter", "Facebook" və "Instagram" sosial şəbəkələri Vaşinqtonda yanvarın 6-da baş verən qarışıqlıqlardan sonra Trampın hesablarını bloklayıblar.
Bizim.Media