Liviyada sel üç mindən çox insanın həyatına SON QOYDU – VİDEO  

Liviyada sel üç mindən çox insanın həyatına SON QOYDU – VİDEO  

Hazırda oxunan: Liviyada sel üç mindən çox insanın həyatına SON QOYDU – VİDEO  

154825

Liviyanın şərqində dağıdıcı Daniel siklonunun səbəb olduğu sel minlərlə can alıb.  

Bizim.Media xəbər verir ki, 3 mindən çox insan təbii fəlakətin qurbanı olub, 7 min insandan isə xəbər yoxdur. 

Sel suları evləri, iş yerlərini, eləcə də xəstəxanaları basıb. Hava və dəniz limanları bağlanıb.  

Ən çox dağıntı Derna şəhərində qeydə alınıb. Zərərçəkmiş şəhərlər fəlakət zonası elan edilib, komendant saatı tətbiq edilib. Həmçinin çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib. 

Ölkə rəhbərliyi yardım üçün beynəlxalq ictimayyətə müraciət edib. Artıq Türkiyə Liviyaya 3 karqo təyyarəsi göndərəcəyini açıqlayıb. 

Selin fəsadlarının aradan qaldırlması istiqamətində işlər fasiləsiz davam etdirilir. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO