Dövlət İmtahan Mərkəzi rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələrini elan edib.
DİM-dən Bizim.Media-ya verilən məlumata görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Boş qalan 24 plan yeri üzrə 85 namizəd müsabiqədə iştirak edib. Onlardan 18 nəfər rezidenturaya qəbul olunub.
Rezidenturaya qəbul olmuş namizədlər 14 sentyabr 2023-cü il saat 11:00-dan 18 sentyabr 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətə qədər portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:46 / 12.09.2023
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
Hazırda oxunan: Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
Hazırda oxunan: Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
154818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.