Şimal-qərb bölgəsində temperatur 12 dərəcəyə kimi ENİB 

Şimal-qərb bölgəsində temperatur 12 dərəcəyə kimi ENİB 

Hazırda oxunan: Şimal-qərb bölgəsində temperatur 12 dərəcəyə kimi ENİB 

154768

Ötən axşamdan başlayaraq Şəki-Zaqatala iqtisadi rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən həftə Şimal-Qərb bölgəsinə daxil olan Balakən və Zaqatala rayonlarında baş verən güclü qasırğa, leysan yağışları və doludan sonra ötən iki gün ərzində temperatur xeyli artmış, hətta 25-30 dərəcəyə çatmışdı. 

Ötən axşamdan başlayaraq bölgə rayonlarında havanın temperaturu yenidən aşağı düşməyə başlayıb və gecə saatlarından bölgədə fasilələrlə yağış yağır.

Bölgə sakinlərinin sözlərinə görə, dağlıq və dağətəyi kəndlərdə səhər saatlarında havanın temperaturu 10-12 dərəcə təşkil edib. Hazırda isə 15-17 dərəcə arasında dəyişir. Şəki Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, belə hava şəraiti bölgədə sabah günorta saatlarına kimi davam edəcək. Qarşıdakı günlərdə isə havanın temperaturu yenidən yüksələcək. 

Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO