Balakəndə 10 yaşlı uşağı maşın VURDU 

Balakəndə 10 yaşlı uşağı maşın VURDU 

Hazırda oxunan: Balakəndə 10 yaşlı uşağı maşın VURDU 

154766

Axşam saatlarında Balakən şəhər ərazisində 10 yaşlı uşağı maşın vurub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Balakən şəhəri Rafiq Səmədov küçəsində qeydə alınıb. 

Belə ki, rayon sakini Nurullah Dibirov idarə etdiyi “QAZ-31” markalı minik avtomobili ilə yolun kənarında hərəkətdə olan 10 yaşlı Rail Nağıyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Rail sürücünün və hadisə şahidlərinin köməyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
10 yaşlı uşaq müayinədən keçirilib, müalicələrə cəlb olunub. Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, Rail Nağıyev Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir. Qəzanın təfərrüatları rayon Polis Şöbəsində araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO