2023/2024-cü tədris ili 14 iyunda başa çatacaq?

2023/2024-cü tədris ili 14 iyunda başa çatacaq?

Hazırda oxunan: 2023/2024-cü tədris ili 14 iyunda başa çatacaq?

154679

2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq.

Bizim.Media xəbər verir ki, bu barədə yeni tədris ilinin başlanması barədə elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində bildirilib.

Əmrdə qeyd olunub ki, 2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq. Eyni zamanda Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi məsələsi də əmrdə yer alıb.
Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO