Həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

Həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

Hazırda oxunan: Həmkəndlisini öldürən şəxsin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ

154605

Bu il mayın 27-də Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində 1985-ci il təvəllüdlü Şamo Əzimovun öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb. 

Bu barədə Bizim.Media-ya Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib. 

İbtidai istintaqla 1991-ci il təvəllüdlü Rəşad Aslanovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Şamo Əzimova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Rəşad Aslanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. 
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO