"Arsenal" Pepe ilə yolları ayırdı

Hazırda oxunan: "Arsenal" Pepe ilə yolları ayırdı

154465

"Arsenal" futbolçusu Nikolya Pepe ilə yolları ayırıb. 

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. 

Klub Fildişi Sahili millisinin üzvünü 2019-cu ildə "Lill"dən 80 milyon avroya almışdı.O, "Arsenal"ın heyətində bütün yarışlarda 111 oyuna çıxıb. 

Ötən mövsüm Pepe "Nitsa"da icarə əsasında çıxış edib və 28 oyunda 8 qol vurub. 

Daha əvvəl Pepenin karyerasını Türkiyənin "Trabzonspor" klubunda davam etdirəcəyi barədə xəbərlər yayılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO