Qarabağdakı ermənilər humanitar yükün Ağdam-Xankəndi yolu ilə qəbuluna razılaşdı

Qarabağdakı ermənilər humanitar yükün Ağdam-Xankəndi yolu ilə qəbuluna razılaşdı

Hazırda oxunan: Qarabağdakı ermənilər humanitar yükün Ağdam-Xankəndi yolu ilə qəbuluna razılaşdı

154447

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılar Ağdam-Xankəndi yolu üzərindən humanitar yükləri qəbul edəcəklərini açıqlayıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. 

Məlumata görə, yük Ağdam-Əsgəran yolu vasitəsi ilə çatdırılacaq. 

Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində ərzaq yükü olan iki TIR 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir. 
Bundan başqa, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə bu gün Rusiya Qızıl Xaç Cəmiyyəti vasitəsilə ərzaq və qeyri-ərzaq məhsulları göndərilib. TIR-lar Ağdam istiqamətindən hərəkət edirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO