Nazir: Qarabağda keçirilən qondarma “seçki”lər beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur

Nazir: Qarabağda keçirilən qondarma “seçki”lər beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur

Hazırda oxunan: Nazir: Qarabağda keçirilən qondarma “seçki”lər beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur

154418

“Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin 9 sentyabr tarixində “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozuntusudur”. 

Bizim.Media xəbər verir ki, xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığı zamanı bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov ABŞ rəsmisini qondarma rejimin artan təxribatları barədə MƏLUMATLANDIRDI 


Nazir qeyd edib ki, bu addım bölgədə normallaşma və erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbə vurur.

Erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasının zəruri olduğu nazir tərəfindən vurğulanıb.  

Nazir beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə uyğun olaraq, Azərbaycan ərazisində “seçki” adı altında aparılan bu qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO