“Özəl liseylər reytinqə İŞLƏYİR” - Dilimiz və tariximiz isə arxa planda QALIB...

“Özəl liseylər reytinqə İŞLƏYİR” - Dilimiz və tariximiz isə arxa planda QALIB...

Hazırda oxunan: “Özəl liseylər reytinqə İŞLƏYİR” - Dilimiz və tariximiz isə arxa planda QALIB...

154359

Son  vaxtlar özəl liseylərdə Azərbaycan dili və tarixinin bərbad tədris edilməsi müzakirə edilən məsələlərdən biridir. Ekspertlərin rəyinə görə, müvafiq dövlət qurumları da bir çox liseylərin tədris prosesinə müdaxilə edə bilmir.

Nəticədə, bəzil liseylər özfəaliyyətlə məşğul olur, heç bir qurum qarşısında hesabat vermir. Məsələ ilə bağlı təhsil üzrə ekspert Nadir İsrafilovla həmsöhbət olduq. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, özəl liseylər qanunvericiliyə görə öz tədris proseslərini Elm və Təhsil Nazirliyi ilə razılaşdırırlar:
 

MÖVZU İLƏ BAĞLI:

Liseylərin dövlət məktəbindən fərqi, qeyri-adi uğurundadır yoxsa ödənilən məbləğdə? – ARAŞDIRMA


“Lakin, özəl liseylər tədris prosesini seçməkdə sərbəstdirlər. Bu tədris müəssisələrindəki tədris prosesi və hətta dərsliklər belə ənənəvi məktəblərdəkindən fərqlənir.

Özəl məktəblər hansı dildə təris aparırsa, bir növ həmin ölkənin tədris təcrübəsindən faydalanır.Bu da ondan irəli gəlir ki, liseylərin əsas hədəfi öz məzunlarının daha çox əcnəbi ölkələrdə ali təhsil almasına fürsət qazandırmaqdır. 

Əcnəbi ölkələrə qəbul zamanı Azərbaycan dilinin və tarixinin səviyyəsi yox, məhz əcnəbi dili necə mənimsədiyinə baxılır.

Ona görə də özəl liseylər tədris prosesində Azərbaycan dili və tarixinə heç də önəm vermirlər.Və bu fənlər formal olaraq tədris olunur. Formal tədrisin keyfiyyətindənsə danışmağa dəymir”.

Nadir İsrafilov onu da qeyd edib ki, özəl liseylər reytinqə işləyir:

“Onlar keyifiyyətə yox, kəmiyyətə baxırlar. Yəni daha çox məzunun hansısa əcnəbi ölkələrin ali məktəblərinə qəbulu əsas məsələdir.

Əcnəbi ölkələrdə tələbə adının daha çox qazanması isə sırf kommersiya maraqlarına xidmət edir. Nəticədə xarici qəbul sayı liseyin reytinqini artırır. Reytinqin yüksəlməsi isə daha çox müştəri deməkdir.
Ona görə də özəl liseylərdə əsas diqqət əcnəbi dillərin və İT fənlərinin daha yaxşı tədrisinə  yönəldilir. Belə olduğu üçün Azərbaycan dili və tarixi fənləri arxa plana keçir”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO