Ədliyyə Nazirliyi daha iki siyasi partiyanı qeydiyyatdan keçirib.
Bizim.Media xəbər verir ki, bunlar Vəhdət (sədr Tahir Kərimli) və Azad Vətən (sədr Akif Nağı) partiyalarıdır. Məlumat həmin partiyalardan təsdiqlənib.
Bununla da Azərbaycanda qeydiyyatdan keçən partiyaların sayı 14-ə çatıb.
Yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edən 27 siyasi partiyadan 13-ü hazırda cavab gözləyir.
Rəsmi qeydə alınan partiyalar isə bunlardır: Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev), Ağ Partiya (sədr Tural Abbaslı), Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı), Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev), Milli Cəbhə Partiyası (sədr Razi Nurullayev), Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı), Haqq Ədalət Partiyası (sədr Əli İnsanov), Azərbaycan Milli İstiqlal Partiyası (sədr Arzuxan Əlizadə), Ümid Partiyası (sədr İqbal Ağazadə), Böyük Azərbaycan Partiyası (sədr Elşad Quliyev), Azərbaycan Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu), Azərbaycan Xalq Partiyası (sədr Pənah Hüseyn), Vəhdət Partiyası (sədr Tahir Kərimli) və Azad Vətən Partiyasıdır (sədr Akif Nağı)
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:53 / 08.09.2023
Tahir Kərimli və Akif Nağının da partiyaları qeydiyyata ALINDI - SİYAHI
Hazırda oxunan: Tahir Kərimli və Akif Nağının da partiyaları qeydiyyata ALINDI - SİYAHI
Hazırda oxunan: Tahir Kərimli və Akif Nağının da partiyaları qeydiyyata ALINDI - SİYAHI
154279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.