Azərbaycan səfirindən erməni diplomata sillə kimi CAVAB

Azərbaycan səfirindən erməni diplomata sillə kimi CAVAB

Hazırda oxunan: Azərbaycan səfirindən erməni diplomata sillə kimi CAVAB

154265

“Ermənistan hökuməti” adlanan irqçi fırıldaqçılar və faşist cinayətkarlar dəstəsi 1987-2000-ci illərdə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunacaqlar.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov “Twitter” hesabında Ermənistanın Belçika və Lüksemburqdakı səfiri Tiqran Balayanın Azərbaycana qarşı təxribat xarakterli paylaşımına cavabında qeyd edib.

Onun sözlərinə görə  2020-ci ilin sentyabrında Azərbaycana qarşı başlatdığı 44 günlük müharibədə hərbi məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalaması Ermənistanın 30 ildir davam edən Azərbaycan torpaqlarının işğalına faktiki son qoydu.
Səfir Ermənistanın cinayətkar əməllərinin bəzilərini vurğulayıb.

O, qeyd edib ki, o vaxt əhalinin 10 faizini təşkil edən Qərbi Azərbaycanda (indiki Ermənistan) 300 000-dən çox azərbaycanlı öz tarixi torpaqlarından qovularaq insan hüquqlarının kütləvi şəkildə pozulması və etnik təmizləməyə məruz qalıb.

Həmçinin deportasiya zamanı yüzlərlə insan qətlə yetirilib:

“1990-1992-ci illərdə 50 min azərbaycanlıya qarşı etnik təmizləmə aparılıb, onlardan yüzlərləsi erməni silahlıları tərəfindən öldürülüb.  1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyünün pozulması və onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-i (16 000+ kv. km) Ermənistan tərəfindən işğal olunub.  Azərbaycanın işğal olunmuş 7 rayonundan 700 000-dən çox azərbaycanlının etnik təmizləməsi, 9 şəhər və yüzlərlə kəndin dağıdılması və yer üzündən silinməsi, eləcə də 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində qocaların, qadınların və uşaqlar da daxil olmaqla 600-dən çox mülki şəxsin qətlə yetirilməsi faktdır", - deyə səfir bildirilib.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO