“Dəmirbank”ın daşınmaz əmlakları HƏRRACA ÇIXARILIR 

“Dəmirbank”ın daşınmaz əmlakları HƏRRACA ÇIXARILIR 

Hazırda oxunan: “Dəmirbank”ın daşınmaz əmlakları HƏRRACA ÇIXARILIR 

154251

Sentyabrın 28-i saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan Bizim.Media-ya bildirilib ki, daşınmaz əmlak Abşeron rayonu, Saray qəsəbəsində 0,10 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 387 kvadratmetr olan fərdi yaşayış evidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 150 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir.
Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27. 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO