Özünü prokurorluq binasından atan keçmiş polislə bağlı RƏSMİ AÇIQLAMA - FOTO 

Özünü prokurorluq binasından atan keçmiş polislə bağlı RƏSMİ AÇIQLAMA - FOTO 

Hazırda oxunan: Özünü prokurorluq binasından atan keçmiş polislə bağlı RƏSMİ AÇIQLAMA - FOTO 

154217

Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanovanın intiharı ilə bağlı başladılmış cinayət işinin araşdırması davam edir. 

Bizim.Media xəbər verir ki, bunu Baş Prokurorluğun İnstaqram sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prokurorluqda intihar edən qadın polis zabiti imiş - DETALLAR


O bildirib ki, həmin cinayət işi üzrə dindirilmələr keçirilib:  

“İstintaq zamanı ayrı-ayrı şəxslərin külli miqdarda dələduzluq faktları ortaya çıxıb. Həmin dələduzluq faktları da ayrıcı icraatda araşdırılır. Çoxsaylı dindirilmələr keçirilib, bank məlumatları götürülüb. Hələlik yekun qərar yoxdur”. 

Qeyd edək ki, Mingəçevir Şəhər Prokurorluğundan özünü ataraq intihar edən 32 yaşlı Turalə Aslanovanın keçmiş polis əməkdaşı olub. T.Aslanova barəsində dələduzluq əməlləri ilə bağlı şikayətlər daxil olandan sonra tutduğu vəzifədən və polis sıralarından uzaqlaşdırılıb. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO