Nigar əməliyyatlarından DANIŞDI: “Deyirlər ki, üzünü nə günə qoyub” - VİDEO

Nigar əməliyyatlarından DANIŞDI: “Deyirlər ki, üzünü nə günə qoyub” - VİDEO

Hazırda oxunan: Nigar əməliyyatlarından DANIŞDI: “Deyirlər ki, üzünü nə günə qoyub” - VİDEO

154104

“Heç zaman əməliyyatlarımı gizlətməmişəm. Çünki “kör-kör, gör-gördü”də… Gizlətsəm, yalan danışmış kimi çıxacağam. Keçən il “liposaksiya” (piy sovdurma – red.) əməliyyatı olmuşdum. Ondan sonra gördüm ki, bu əməliyyatın ikinci dəfə olmasına ehtiyac var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu “Özəl” verilişində deyib. 

Sənətçi bir müddət əvvəl keçirdiyi plastik və estetik əməliyyatından söz açıb. Nigar bildirib ki, bıçaq altına uzanaraq “liposaksiya” əməliyyatını etdirib: 

“Mən hər zaman incə olmuşam. Amma qüsursuz incəlik daha gözəldir. Hər kəs özündə olan qüsuru bilir və görür. Kənardan insanlar mənə söyləyidilər ki, sənin plastic əməliyyata nə ehtiyacın var idi ki, səndə artıq heç nə yox idi...

Cavab verirəm ki, siz bilmirsiniz və görmürsünüz. O artıq olan yerlərimi gizlətmək üçün həcmli geyimlər geyinib, örtmüşəm. Bir il mən belə geyimlər geyindim. Sonra müəyyən bir vaxt keçdi, qərara aldım ki, yenidən əməliyyat etdirim.İşi sonuna kimi tamamladım ki, daha gözəl görünüş əldə edim. Biz sözlə, istədiyim kimi nəticə əldə eldim”. 

Şabanova keçirdiyi əməliyyatlarını başqa yerə yozanlara da ünvanlı ismarıc yollayıb: 

“İnsan özü özündən məmnun olmalıdır. Qınayırlar ki, nəyə lazım idi bu əməliyyatlar. Kimə özünüzü göstərirsiniz, kimə lazımdır sizin bu əməliyyatlarınız. Əlaqəsi yoxdur. Mən incəsənət adamıyam.

İstəyirəm ki, əynimə geyindiyim geyimlər üzərimdə istədiyim kimi qalsın. Mən kimin üçünsə bəzənmirəm. Kimin üçünsə eləsəm, sizin istədiyiniz kimi görünəcəyəm. Amma mən bu gün özüm istədiyim kimi görünməyə çalışıram”. 

Müğənni etdirdiyi əməliyyatlarını bir-bir sayaraq, onu buna görə tənqid edib, qınayanların cavabını verib:  

“Mən arıq bir xanımam, amma yanaqlarım hər zaman iri, həcmli olub. Baxanlar deyirdilər ki, Nigar üzünü nə günə qoyub. Bədən əməliyyatı ilə insanlar üz əməliyyatını qarışdırırlar. Mən üzümə heç bir dolğu vurmamışam.

Uzun müddət əvvəl burnumun formasını dəyişdirmişəm. Dodaqlarımda gel var. Onsuz da indi hamının dodağında geldən var. Kameralar bizi çəkəndə olduqca yekə göstərir. Nədənsə hamı düşünür ki, yanaqlarıma gel vururam.

İncə xanım niyə yanaqlarını yekə göstərməyə çalışsın ki?

Əksinə mən əməliyyat etdirərək, yanaqlarımın həcmini kiçiltmişəm. Bunu isə bədənimə uyğun olsun deyə etmişəm. Özümü sevirəm”. 

Rəşad Əliyev, Bizim.Media
 
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO