Sus kəndinə ilk köçün vaxtı açıqlandı

Sus kəndinə ilk köçün vaxtı açıqlandı

Hazırda oxunan: Sus kəndinə ilk köçün vaxtı açıqlandı

154088

"Zabuxa köç prosesi çox müvəffəqiyyətlə həyata keçirildi. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva həmin ailələrlə görüşdü, olduqca maraqlı görüş alındı".

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

“Sus kəndi layihəsi də, ümid edirəm, bu cür müvəffəqiyyətli olacaq. Düşünürəm ki, növbəti ilin əvvəlinə oraya köç mümkündür. Bu ilin sonuna kimi Laçında minlərlə yerli sakini görəcəyik.

Eynilə Zabuxa ilin sonuna kimi ayda iki-üç köç prosesini təmin edəcəyik”, - Prezidentin xüsusi nümayəndəsi qeyd edib.

Xatırladaq ki, Əlaqələndirmə Qərargahının rəhbərinin müvafiq tapşırığına əsasən, Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası Kəlbəcər şəhərində keçirilib.
Bu iclas Şərqi Zəngəzur iqtisadi rayonunda Şəhərsalma məsələləri üzrə işçi qrupunun ilk iclası olmaqla yanaşı, Kəlbəcər şəhərində baş tutan birinci iclasdır.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO