Türkiyədə gecə klubunda silahlı dava: Ölən və yaralananlar var

Türkiyədə gecə klubunda silahlı dava: Ölən və yaralananlar var

Hazırda oxunan: Türkiyədə gecə klubunda silahlı dava: Ölən və yaralananlar var

154020

Türkiyənin Bursa şəhərinin Nilüfər rayonundakı gecə klubunda düşən silahlı dava ölümlə nəticələnib.

Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, silahlı dava gecə klubuna gələnlərlə mühafizəçi arasında düşüb. Hadisədə 4 nəfər yaralanıb, onlar ilkin müdaxilədən sonra xəstəxanaya çatdırılıblar. Yaralılardan biri xəstəxanada ölüb, daha bir nəfərin vəziyyəti isə ağırdır.

Telekanalın məlumatına görə, qaçan şübhəli şəxs polis əməkdaşları tərəfindən olay yerindən 500 m məsafədə yaxalanıb.

Davanın 3 nəfərin gecə klubuna girməsinin əməkdaşlar tərəfindən əngəllənməsi nəticəsində düşdüyü iddia edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO