Azərbaycanlı tələbə Moskvada vəfat etdi - FOTO 

Azərbaycanlı tələbə Moskvada vəfat etdi - FOTO 

Hazırda oxunan: Azərbaycanlı tələbə Moskvada vəfat etdi - FOTO 

153997

Bakı Avrasiya Universitetinin  4-cü kurs tələbəsi Fuad Şəmsi oğlu Nuriyev  dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, Avrasiya Universitetinin regionşünaslıq vəiqtisadiyyat fakültəsinin   sosial iş ixtisası üzrə təhsil alan  Fuad Nuriyev onkoloji  xəstəlikdən əziyyət çəkib. 

Bir müddət Bakıda müalicə olunsa da müalicə səmərə vermədiyindən ailəsi onu Moskvaya aparıb. Amma Rusiya paytaxtında da 20 yaşlı tələbəni sağaltmaq mümkün olmayıb, Fuad Nuriyev elə orada vəfat edib. 
Mərhumun meyiti Rusiyadan gətirilərək doğulduğu Şəki rayonunun Kiçik Dəhnə kənd məzarlığında torpağa tapşırılıb. 20 yaşı 8 sentyabrda tamam olacaq mərhum ailənin ilk övladı idi. 

Allah rəhmət eləsin.  






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO