“Böyük ehtimalla, Türkiyə Prezidenti cənab Ərdoğanla Rusiya Prezidenti cənab Putin müzakirələr zamanı Qarabağda silahlı münaqişə haqqında bəhs ediblər. Hər iki lider çox böyük, ciddi dövlət idarəediciləridir. Onlar çox güclü siyasətçilərdir. Həm Ərdoğan, həm də Putin istəyirlər ki, Qarabağda hər şey sülh yolu ilə öz həllini tapsın”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiyanın Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev deyib.
MÖVZU İLƏ BAĞLI:
Aslan Rubayev: "Rusiya Laçın yolu ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir" - ÖZƏL
Türkiyə və Rusiya Prezidentlərinin Soçidə keçirilən görüşünü şərh edən analitik bildirib ki, əsas müzakirə mövzularından biri də Qarabağ olub.
Hər iki liderin Azərbaycan Prezidenti cənab İlham Əliyevi dəstəklədiyinə diqqət çəkən Rubayev, yaxın zamanda bütün problemlərin həll ediləcəyinə inandığını vurğulayıb:
“Hər iki lider bu məsələdə İlham Əliyevi dəstəkləyir və istəyir ki, hər şey Azərbaycanın maraqları çərçivəsində baş tutsun. Bəli, gündəm olaraq liderlər “Qarabağ məsələsini indi həll edək” deyə bilərlər.
Lakin bunun arxasında durmaq və bu məsələni tez bir zamanda həll etmək çox çətindir. Azərbaycan lideri İlham Əliyev isə ağılla və təmkinlə, plana uyğun hərəkət edir. Buna görə də, Azərbaycan vətəndaşları İlham Əliyevdən yalnız antiterror əməliyyatının keçirilməsini istəmirlər. Azərbaycanlılar öz Prezidentlərinə güvənirlər və mən də onlara elə bunu tövsiyə edirəm, cənab Əliyevə güvənin”.
Tehran Orucoğlu, Bizim.Media