Səlim Müslümovun məhkəməsi bir ay müddətinə təxirə salındı

Səlim Müslümovun məhkəməsi bir ay müddətinə təxirə salındı

Hazırda oxunan: Səlim Müslümovun məhkəməsi bir ay müddətinə təxirə salındı

153891

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, prosesdə məlum olub ki zərərçəkmiş tərəfin nümayəndəsi iclasa qatılmayıb.

S.Müslümovun müdafiəçiləri məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakının təmin olunmasını istəyib. Vəkil həmçinin qeyd edib ki, vəkillər sonuncu məhkəmənin protokolu ilə tanış olmayıb. Vəkil müdafiə tərəfinə sonuncu protokolla tanış olmaq üçün vaxt verilməsini xahiş edib.
Dövlət ittihamçısı da vəsatəti müdafiə edib. Vəsatət təmin edilib.

Hakim F.Qəniyev bildirib ki, məhkəmə tərkibində təmsil olunan hakimlərdən biri qısamüddətli məzuniyyətə getdiyi üçün proses oktyabrın 4-nə təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO