“Google” “Android” loqosunu yeniləyib.
Bizim.Media xəbər verir ki, “Android 14”ün geniş istifadəyə verilməsinə qısa bir müddət qalmış “Google” əməliyyat sistemində böyük dəyişiklik edib.
Şirkət simvolik yaşıl “Android” loqosunda təkmilləşdirmələr tətbiq edərək ona yeni görünüş verib. Bundan əlavə, loqoda robotun 3D versiyası da paylaşılıb.
“Google” bloq yazısında qeyd edir ki, üçölçülü görünüş qazanan yeni loqo “Androidin özü kimi dinamik görünmək” üçün nəzərdə tutulub. Yenilənmiş loqodakı robotun həm rəqəmsal, həm də real mühitdə daha yaxşı görünməsi üçün edildiyi də bildirilib.
“Google” bildirir ki, yeni loqo ilə “Android” indi kiçik hərf olan "android" adından uzaqlaşaraq yalnız böyük "A" ilə təmsil olunacaq. Bu şəkildə “Google” loqosu ilə yan-yana olduqda daha balanslı bir görünüş əldə ediləcəyini əlavə edib.
Yenilənmiş “Android” loqosu bu ilin sonunda “Android” cihazlarında görünməyə başlayacaq.
Bizim.Media
![“Android”in loqosu yeniləndi “Android”in loqosu yeniləndi](https://bizim.media/file/articles/2023/09/06/1693984158_3.jpg)
- A-
- A
- A+
Cəmiyyət
11:10 / 06.09.2023
“Android”in loqosu yeniləndi
Hazırda oxunan: “Android”in loqosu yeniləndi
Hazırda oxunan: “Android”in loqosu yeniləndi
153877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.