Avropa kuboku: Həndbol komandalarımız məşqlərə başladı

Avropa kuboku: Həndbol komandalarımız məşqlərə başladı

Hazırda oxunan: Avropa kuboku: Həndbol komandalarımız məşqlərə başladı

153842

Kişi və qadınlardan ibarət həndbol komandalarımız məşqlərə başlayıblar. Avropa Həndbol Federasiyası kuboku uğrunda yarışlarda iştirak edəcək təmsilçilərimiz avqustun 15-dən hazırlıq keçirlər.

Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, artıq qadınlardan ibarət komandaların oyunlarının vaxtı və keçiriləcək məkanlar müəyyənləşib.

Yarışa 1/32 final mərhələsindən qatılacaq təmsilçilərimizdən “Azəryol” Bosniya və Hersoqovinanın “ZRK Krivaja” komandası ilə 30 sentyabr – 1 oktyabr tarixlərində rəqib meydanında görüşəcək.
“Qarabağ” da İspaniyanın “KH-7 BM Granollers” kollektivi ilə sentyabrın 30-u və oktyabrın 1-də səfərdə qarşılaşacaq.

“Kür” isə İtaliyanın “Jomi Salerno” komandası ilə 23-24 sentyabr tarixlərində Mingəçevir “Kür” Olimpiya İdman Mərkəzində üz-üzə gələcək.

İki oyunun nəticəsinə görə üstünlük qazanan komanda növbəti mərhələyə adlayacaq.

Qeyd edək ki, kişilərdən ibarət “Azəryol” I mərhələnin “Amber” (Litva) – “Brixen” (İtaliya) cütünün qalibinə rəqib olacaq. “Kür” isə Xorvatiyanın “MRK Sesvete” kollektivi ilə mübarizə aparacaq. İlk oyunlar oktyabrın 14-15-də, cavab matçları oktyabrın 21-22-də keçiriləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO