Odessaya İran dronları ilə kütləvi hücum oldu

Odessaya İran dronları ilə kütləvi hücum oldu

Hazırda oxunan: Odessaya İran dronları ilə kütləvi hücum oldu

153836

Rusiya silahlı qüvvələri sentyabrın 6-da gecə saatlarında Odessa vilayətinə İran istehsalı olan “Şahed” tipli kamikadze dronları ilə hücum edib. Hücum nəticəsində ölən var.

Bizim.Media xəbər verir ki, bu barədə Odessa vilayətinin Hərbi Administrasiyası məlumat yayıb.

“Təxminən üç saat ərzində Rusiya ordusu Odessa vilayətinin İzmail rayonuna pilotsuz təyyarələrlə hücum edib. Təəssüf ki, bir nəfər həlak olub. Ağır yaralanan kənd təsərrüfatı müəssisəsinin əməkdaşı xəstəxanada ölüb”, - deyə məlumatda bildirilir.

Rayonun bir neçə yaşayış məntəqəsində dağıntılar və yanğınlar qeydə alınıb. Liman və kənd təsərrüfatı infrastrukturu obyektlərinə də ziyan dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO