Tütün məmulatları üçün aksiz dərəcələri AŞAĞI SALINACAQ? – RƏSMİ AÇIQLAMA 

Tütün məmulatları üçün aksiz dərəcələri AŞAĞI SALINACAQ? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Tütün məmulatları üçün aksiz dərəcələri AŞAĞI SALINACAQ? – RƏSMİ AÇIQLAMA 

153785

Son vaxtlar Azərbaycanda istehsal olunan tütün məmulatlarının üçün aksiz vergisinin dərəcələrində bəzi dəyişikliklərin olacağı bağlı fikirlər səsləndirilir.

Ümumiyyətlə, hansısa dəyişikliklər gözlənilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya idarəsindən Bizim.Media-ya verilən məlumata görə, bununla bağlı Vergi Məcəlləsinə 1 yanvar 2023-cu il tarixdə bəzi dəyişikliklər edilib.  

Qeyd olunur ki, həmin müddəalara əsasən, qəlyan üçün tütünlər və tütün əvəzləyicilərinin, istehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkilməli tutunlərin hemogenləşdirilmiş və ya bərpa edilən, çeynənilən və ya buruna çəkilən tütünlərin hər kiloqramına görə aksiz qiyməti 30 manatdan 22 manata endirilib.

İqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, qeyd edilən dəyişikliyə əsasən, tütün məmulatlarına tətbiq olan aksiz qiymətləri hər 6 aydan bir tənzimlənməli və yenidən baxılmalıdır:

“Dəyişiklik əsasən yerli istehsalçıları dəstəkləmək məqsədilə edilir. Bundan başqa, onlar arasında rəqabətliliyin artırılması və sağlam rəqabətin təmin olunması əsas prioritetlər arasındadır”. 

Bunun da dünya bazarında baş verən proseslərlə əlaqəli olduğunu deyən ekspert fikrini belə əsaslandırdı ki, istehlakçının siqaretlərə və tütünlərə əlçatanlılığı məhdudlaşdırılır:

“Buna da sosial vergi tənzimlənməsi deyilir. Qiymətləri tez-tez qaldırırlar ki, siqaret çəkənlərin sayı da azalsın. Statisitik açıqlamalar göstərir ki, 2023-cü ilin 6 ayı ərzində ötən illə müqayisədə tütün məmulatlarının idxalına xeyli azalma baş verib. 

Məlumdur ki, siqaret çəkənlər arasında yeniyetmələr və gənclər üstünlük təşkil etdiyi üçün aksiz qiymətlərindən tez-tez dəyişikliklər edilir. İnsanlar pis vərdişlərdən nə qədər uzaq olsalar, bir o qədər də büdcələrinə qənaət etmiş olurlar”. 

Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə, Azərbaycanda siqaretin qiymətləri çox aşağıdır:

“Baxmayaraq ki, bu sahə idxaldan asılı vəziyyətdədir və xammal əsasən xarici ölkələrdən gətirilir. Qiymət dəyişiklikləri, əsasən də bahalaşma hələ bir müddət davam edəcək”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO