Ceyhun Bayramov Aİ nümayəndəsi ilə Zəngəzur dəhlizini MÜZAKİRƏ ETDİ 

Ceyhun Bayramov Aİ nümayəndəsi ilə Zəngəzur dəhlizini MÜZAKİRƏ ETDİ 

Hazırda oxunan: Ceyhun Bayramov Aİ nümayəndəsi ilə Zəngəzur dəhlizini MÜZAKİRƏ ETDİ 

153733

“Zəngəzur dəhlizinin açılması Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının genişləndirilməsinə əhəmiyyətli töhfə verə bilər”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşündə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Aİ nümayəndəsini Ermənistanın təxribatları barədə MƏLUMATLANDIRDI - FOTO 


Görüşdə bağlantılar sahəsində Azərbaycanın Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs edən nazir bu xüsusda bölgədə bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılmasının prosesə əhəmiyyətli töhfə ola biləcəyini qeyd edib. 

Xatırladaq ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov ötən gün Macarıstana rəsmi səfərə gedib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO