Paşinyanın hakimiyyətdə qalması üçün atdığı SON ADDIM

Paşinyanın hakimiyyətdə qalması üçün atdığı SON ADDIM

Hazırda oxunan: Paşinyanın hakimiyyətdə qalması üçün atdığı SON ADDIM

1537

“Hərbi əməliyyatlar bəhanəsi ilə Ermənistanın dövlət təhlükəsizlik sisteminin rusiyapərəst kadrlardan təmizlənməsi və şəxsən Paşinyan üçün potensial təhlükə yaradan hüquq-mühafizə əməkdaşlarının kənarlaşdırılması prosesi aktivləşdirilib”.

Bu sözləri rusiyalı jurnalist və hərbi ekspert, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri, ehtiyatda olan polkovnik İqor Korotçenko özünün teleqram səhifəsində yazıb.

O bildirib ki, Dağlıq Qarabağdakı gərginlik Ermənistanın hərbi hakimiyyətində kadr dəyişikliyinə səbəb olub: “Son bir neçə gün ərzində ölkənin baş nazirinin təşəbbüsü ilə Milli Təhlükəsizlik Xidməti (MTX) Sərhəd Qoşunlarının komandanı, polkovnik Vaqinak Sarqsyan, MTX əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan və Ermənistan MTX Sərhəd Qoşunlarının qərargah rəisi Gagik Tevosyan istefaya göndərilib”. 

Ekspertin fikrincə, yüksək rütbəli hərbçilərin tərcümeyi-halları onların vəzifə borcu ilə əlaqədar olaraq Rusiya xüsusi xidmət orqanları ilə sıx təmasda olduğunu göstərir.

Belə çıxır ki, hərbi əməliyyatlar bəhanəsi ilə Ermənistanın dövlət təhlükəsizlik sisteminin rusiyapərəst kadrlardan təmizlənməsi və şəxsən Paşinyan üçün potensial təhlükə yaradan hüquq-mühafizə əməkdaşlarının kənarlaşdırılması prosesi aktivləşdirilib.

Analitiklər istisna etmir ki, sözügedən kadr dəyişikliyindən Dağlıq Qarabağdakı ekskalasiya və Paşinyanın hakimiyyətdə qalması üçün “son addım” kontekstində istifadə edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO