Qəbələdə 17 məzun qəbul imtahanlarında 600-dən çox bal TOPLAYIB

Qəbələdə 17 məzun qəbul imtahanlarında 600-dən çox bal TOPLAYIB

Hazırda oxunan: Qəbələdə 17 məzun qəbul imtahanlarında 600-dən çox bal TOPLAYIB

153685

2022-2023-cü tədris ili əvvəlki tədris illərində olduğu kimi Qəbələ rayonunun təhsil kollektivləri üçün uğurlu olub.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Rayon Təhsil Sektorundan məlumat verilib. Bildirilib ki, bu il rayonunun 53 tam orta məktəbinin 1220 nəfər məzunundan 36 nəfəri fərqlənmə attestatına layiq görülüb, 17 nəfəri qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.

Qeyd edək ki, son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar Qəbələ rayonunda da təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir.
Son illər rayonda onlarla yeni məktəblər inşa edilib, maddi-texniki baza yenilənib. Hazırda da rayonun bir neçə kəndində müasir təhsil ocaqlarının inşası həyata keçirilir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO