Şəkinin kənd yollarındakı fəsadlar aradan qaldırıldı - FOTO

Şəkinin kənd yollarındakı fəsadlar aradan qaldırıldı - FOTO

Hazırda oxunan: Şəkinin kənd yollarındakı fəsadlar aradan qaldırıldı - FOTO

153682

Gecə saatlarında Şəki rayonunun əsasən dağlıq və dağətəyi yaşayış məntəqələrinə yağan yağışlar nəticəsində kənd daxili yollara və keçidlərə ciddi ziyan vurub. 

Bizim.Media-nın yerli bürosu Rayon İcra Hakimiyyətinə istinadən bildirir ki, leysan yağışları əsasən rayonun  Aydınbulaq-Aşağı Daşağıl avtomobil yolunun Şirinbulaq və Əlyar kəndlərinin həmçinin Aşağı Şabalıd-Baş Şabalıd avtomobil yolunun Zunud kəndi ərazisindən keçən hissəsində fəsadlar yaratmışdı.

Belə ki, sel- suları qeyd edilən kənd yolarında iri yarğanlar, çökmələr əmələ gətirmiş və avtonəqliyyatın hərəkətini çətinləşdirmişdi.

Hadisə yerinə rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri baxış keçirəndən sonra müvafiq təşkilatların əməkdaşları və texnikalar cəlb olunub.

Rayonda fəaliyyət göstərən Yol İstismar İdarəsinin texnika, maşın və canlı qüvvəsi axşam saatlarından başlayaraq Əlyar və Şirinbulaq kəndlərindən keçən avtomobil yolundakı fəsadları aradan qaldırıb, nəqliyatın hərəkəti təmin olunub. 
Növbəti günlər isə Zunud kəndi ərazisindən keçən 7 km-lik yoldan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, yarğanlar bərpa olunub, bütün növ hərəkət bərpa edilib. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO