Qayınatasının uksus içirdiyi qadın hələ də övladına QOVUŞMAYIB – Cinayət işinə niyə son VERİLİB? 

Qayınatasının uksus içirdiyi qadın hələ də övladına QOVUŞMAYIB – Cinayət işinə niyə son VERİLİB? 

Hazırda oxunan: Qayınatasının uksus içirdiyi qadın hələ də övladına QOVUŞMAYIB – Cinayət işinə niyə son VERİLİB? 

153603

Bakıda 23 yaşlı qadının həyat yoldaşının ailəsi tərəfindən məişət zorakılığına məruz qaldığını xəbər vermişdik. Əri həbsdə olan qadına esensiya (uksus) mayesi içirdilərək intihara məcbur edildiyini, həmin mayenin gözünə və bədəninə tökülərək ağır xəsarətlər aldığını, həmçinin övladından məhrum edildiyini yazmışdıq.  

Zərərçəkən Sabunçu rayon sakini Tamara Nəzərovanın iddiasına görə aprelin 9-da Nardaran qəsəbəsində yaşayan qayınatası Vahab Manafov, qayınanası Nəzakət Manafova və qayınları Murad və Manaf Manafovlar övladını qoyub getməsi üçün ona olmazın işgəncələr veriblər.

Qeyri-rəsmi nikahda olduğu Maarif Manafov isə ötən ilin dekabrında narkotik istifadəçisi olduğu üçün tutulub və hazırda Sabunçu rayon prokurorluğunda istintaqı gedir. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda FİLM kimi OLAY – Qayınata gəlinini oğlundan ayırmaq üçün gözlərinə UKSUS töküb KOR etdi – ÖZƏL 


Tamara Nəzərovanın tələbi şiddət gördüyü ailə tərəfindən əlindən alınan körpəsinə qovuşmaq və onu həyat işığından məhrum edənlərin cəzalandırılmasıdır. Bir neçə aydır qadının zorakılığa məruz qalması ilə bağlı məsələ Sabunçu rayon prokurorluğunun icraatında olsa da, Tamara Nəzərovanın müraciəti ilə bağlı qarşı tərəf barədə tədbir görülmür. 

Üstəlik Sosial Xidmətlər Agentliyinin Bakı filialının əməkdaşı M.Umarov və  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi R.Quliyevanın iştirakı ilə Körpələr Evinə verilən övladı ilə görüşdürülmür. 

Növbəti dəfə Bizim.Media-ya müraciət edən ana övladına qovuşmaq üçün fəryad edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qayınatası tərəfindən uksus içirilən qadınla bağlı QALMAQAL böyüyür - Həkimdən ŞOK AÇIQLAMA


Hər sabahını qızını yanına gətirmək ümidi ilə açdığını deyən Tamara Nəzərova çarəsizliklə gözlədiyini bildirib:

“Mənim prokurorluğa müraciətimə rədd cavabı verildi. Amma bu gün məni narahat edən və yeganə istəyim balamı yanıma gətirməkdir”.

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov isə saytımıza bildirib ki, Körpələr evində olan azyaşlının valideynlərilə bağlı hüquqi proses davam etdiyi üçün məsələ ilə bağlı açıqlama verməyi uyğun hesab etmirlər. Uşağın ana ilə görüşdürülməsi məsələsi isə Agentliyin səlahiyyətində deyil.

Cinayət işinə son verilməsi iddiasına gəlincə, Baş Prokurorluqdan Bizim.Media-ya bununla bağlı hər hansı açıqama verilməyib. Qurumdan bildirilib ki, məsələ ilə bağlı yeni məlumat olarsa bölüşəcəklər.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO