Medianın

Medianın "Operativ"i 3 yaşında

Hazırda oxunan: Medianın "Operativ"i 3 yaşında

153529

Bu gün Azərbaycanın ənənəvi mediasının azyaşlı üzvlərindən biri olan "Operativ Media"nın 3 yaşı tamam olur. Sürətli xəbər axınında yüz minlərlə oxucunun əsas informasiya mənbəsinə çevrilən sayt böyük bir etibar qazanıb. Bu da səbəbsiz deyil.

Operativmedia.az 24 saat fasiləsiz çalışan bir xəbər laboratoriyasıdır. Amma burada heç kim özündən "Amerika kəşf etmir". Qəbul edilmiş standartlarla peşəkar xəbər istehsal edən portal dünyada və ölkəmizdə baş verənləri anındaca təqdim edir. Rəsmi sərəncamlar, jurnalist araşdırmaları və analitik məqalələr də "Operativ Media"nın əsas üstünlükləri sırasındadır.

Xəbərlərin dürüst və vaxtında oxucuya çatdırılması 5 nəfərlik kollektivin əməyinin nəticəsidir. Onlar 3 il ərzində 30 illik təcrübəsi olan saytlarla rəqabət apara bilən bir xəbər platforması yarada biliblər. 
Saytın təsisçisi və rəhbəri Fərrux Qocamanlıdır. 

Sayt fəaliyyətinə görə bir neçə qurum və təşkilat tərəfindən təltif olunub.

"Operativ Media" xəbər təqdimatında adına layiqdir. "Xəbəri bizdən alın" deyirlər. Biz də xəbər aldıq ki, bu gün 3 yaşları tamam olur. Hamıdan operativ davranıb İqtisadiyyat.az kollektivi olaraq ilk biz təbrik edirik. 

Medianın "Operativ"i, 3 yaşın mübarək!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO