Ukraynanın Baş Kəşfiyyat İdarəsi Mi-8 helikopterini Ukraynaya təhvil verən rus pilotu göstərib.
Bizim.Media xəbər verir ki, pilotun bu addımı "Rusiyanın vurulan pilotları" sənədli filmində yer alıb.
Pilot, 28 yaşlı Maksim Kuzminov Rusiyanın Primorsk diyarında 13984 saylı hərbi hissənin 319-cu helikopter alayında xidmət edib.
Videoda Kuzminov deyir ki, hələ Uzaq Şərqdə xidmət edərkən Ukrayna kəşfiyyatı ilə əlaqə saxlayıb və müharibə zonasına düşəndə radio səssizliyi şəraitində alçaq hündürlükdə Ukraynaya uçub.
"Heç kim bu müharibəni istəmir. Ukrayna qalib gələndə görəcəksiniz. Bu, yalnız zaman məsələsidir...”, deyə o bildirib.
Bütün film bu axşam nümayiş olunacaq.
Bizim.Media