“Champions Chess Tour”: Finalçılar bəlli oldu

“Champions Chess Tour”: Finalçılar bəlli oldu

Hazırda oxunan: “Champions Chess Tour”: Finalçılar bəlli oldu

15343

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin finalçıları müəyyənləşib.

Bizim.Media xəbər verir ki, finala vəsiqəni niderlandlı Aniş Giri ilə rusiyalı şahmatçı Yan Nepomnyaşi qazanıb.

Belə ki, yarımfinalın dörd partiyadan ibarət cavab matçında da niderlandlı Aniş Giri amerikalı şahmatçı Uesli So üzərində 2,5:1,5 hesab ilə qələbə qazanıb və finala vəsiqə əldə edib.

Yarımfinalda norveçli Maqnus Karlsen ilə rusiyalı Yan Nepomnyaşi qarşılaşmasında qalib müəyyənləşmədiyinə görə oyun tay-breyk mərhələsi çərçivəsində davam edib. Tay-brekdə rusiyalı şahmatçı Maqnus Karlseni məğlub edərək finalda iştirak etmək hüququ qazanıb.

Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb.

Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO