Tbilisidə ermənilərin aksiyası iflasa uğradı - FOTO

Tbilisidə ermənilərin aksiyası iflasa uğradı - FOTO

Hazırda oxunan: Tbilisidə ermənilərin aksiyası iflasa uğradı - FOTO

153385

Gürcüstanda yaşayan və əsasən bu ölkənin vətəndaşları olan bir qrup etnik erməni “Qarabağda yaşayan ermənilərə dəstək” adı altında sentyabrın 2-də Tbilisi şəhərinin Avlabari məhəlləsində aksiya keçirmək istəyiblər. Lakin aksiyada azyaşlı uşaqlar da daxil olmaqla 30-40 nəfər iştirak edib və onların cəhdi iflasa uğrayıb.

Bizim.Media xəbər verir ki, aksiya iştirakçılarının yerli gürcülərə və şəhərin qonaqlarına müraciəti də cavabsız qalıb.

Belə ki, ermənilər nə yerli gürcülərdən, nə də turistlərdən dəstək ala bilməyiblər. Heç kim aksiyaya qoşulmaq istəməyib və əksinə, ermənilərə “sizin başqa işiniz-gücünüz yoxdurmu?” - istehzalı suallar verərək ərazidən uzaqlaşıblar.

Etnik ermənilər bundan sonra sadəcə xatirə şəkili çəkdirərək, özləri də ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, aksiyada şəkil çəkdirən bəzi ermənilər öz uşaqlarını gəzməyə çıxarmışdılar. Hətta onlar da aksiyanı oyuncaq toplantı adlandırıblar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO