DİM əlavə imtahan keçirir

DİM əlavə imtahan keçirir

Hazırda oxunan: DİM əlavə imtahan keçirir

153384

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, eləcə də eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahan keçirir.

DİM-dən Bizim.Media-ya  bildirilib ki, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunur.

İmtahanların idarə olunması üçün 10 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 71 nəzarətçi-müəllim, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı, 5 bina nümayəndəsi ayrılıb. İmtahanlar bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 312, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 200 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 70 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO