Polis əməliyyat keçirdi - saxlanılanlar var - FOTO

Polis əməliyyat keçirdi - saxlanılanlar var - FOTO

Hazırda oxunan: Polis əməliyyat keçirdi - saxlanılanlar var - FOTO

15317

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri E.Abdulhəmidov və S.İsabalayev saxlanılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. 

 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtlı qadın çantasında narkotik gəzdirdi - Polis əməliyyat keçirdi - FOTO 


Məlumata görə, şəxsi axtarış zamanı onlardan marixuana aşkar edilib.

Polis əməkdaşları tərəfindən E.Abdulhəmidova narkotik vasitəni satmaqda şübhəli bilinən N.Ağakərimov da müəyyən edilərək saxlanılıb.

Onun yaşadığı evə baxış zamanı oradan 370 qram marixuana, metamfetamin və kultivasiya yolu ilə yetişdirilmiş 17 ədəd çətənə kolu götürülüb.

Faktlarla bağlı Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO