Evlərini torpaq sürüşməsi, komalarını sel dağıtdı... - VİDEO

Evlərini torpaq sürüşməsi, komalarını sel dağıtdı... - VİDEO

Hazırda oxunan: Evlərini torpaq sürüşməsi, komalarını sel dağıtdı... - VİDEO

153157

Şabran rayonunun Qazbabalı kənd sakini Əziz Əliyev yenidən öz evində təbi fəlakətlə üzləşib. 

Bizim.Media-ya müraciət edən sakin bildirir ki, 2017-ci ildə yaşadığı evdə torpaq sürüşməsi baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Leysan yağacaq, çaylarda sel və daşqın olacaq - XƏBƏRDARLIQ 


Bir müddət 6 nəfərlik ailə FHN-nin verdiyi çadırda yaşasa da sonralar qəzalı evin yanında bir koma düzəldiblər:

"Borc-xərc edib mişar daşı və palçıq suvaqla birtəhər bir daxma düzəltdik. Çünki qış aylarında çadırda yaşamaq mümkün deyildi "

Əziz Əliyevin sözlərinə görə, torpaq sürüşməsindən 6 il keçsə də onlara yeni ev tikilməyib. İki gün öncə Qazbabalı kəndinə gələn güclü sel yenidən Əliyevlərin komasını basıb, içərisinə lil və palçıqlı su dolub.

Şikayətçi heç kim köməyə gəlmədiyindən özü daxmanın içərisini təmizləyib.Yerli icra nümayəndəsinin və İH nümayəndələrinin bu gün su basmış sığınacaqlarına baş çəkdiyini deyən Əziz Əliyev, dövlət orqanlarından onlara yeni ev tikilməsində təcili köməklik etmələrini istəyir. 

Əziz Əliyevin şikayətinə Şabran icra hakimiyyətinin başçısının Baş Əmirxanlı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mais Hacıyev münasibət bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə baş verən sürüşmədən sonra Qazbabalı kəndində zərər görən 5 sakindən indiyədək yalnız birinə ev tikilib. Bu gün Əziz Əliyevin yaşadığı yerə baş çəkdiklərini deyən nümayəndənin sözlərinə görə, həmin ailə üçün yeni ev tikilməsi məqsədi ilə yerli bələdiyyə torpaq sahəsi ayırıb. 

Şabran İH başçısı Asif Hüseynov ailəyə ev tikilməsi üçün FHN qarşısında məsələ qaldıracaqlarını bildirib.   


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO