Bakıda polisdən ƏMƏLİYYAT: Qanunsuz fəaliyyət göstərən qumarxana aşkarlanıb - FOTO/VİDEO

Bakıda polisdən ƏMƏLİYYAT: Qanunsuz fəaliyyət göstərən qumarxana aşkarlanıb - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda polisdən ƏMƏLİYYAT: Qanunsuz fəaliyyət göstərən qumarxana aşkarlanıb - FOTO/VİDEO

153100

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxtın Nəsimi rayonunda yerləşən “Huqqa” restoranında  qanunsuz qumar oyunlarının təşkil edildiyi müəyyən olunub.

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə qumar oyunlarının təşkilatçısı qeyd edilən restoranın sahibi Rasim Rzayev, həmçinin iştirakçılar Ramal İsmayılov, Vüqar Tahirov, Musa Ağamalıyev və Cavad Kərimov saxlanılıblar. Baxış zamanı restoranda kartlar və qumar oyunlarına qoyulmuş pul vəsaiti aşkar olunaraq maddi sübut kimi götürülüb.  
Araşdırmalarla obyektin gündüzlər restoran, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərdiyi müəyyən edilib.  

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
 





Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO