Şəkidən olan şahmatçı Süleyman Süleymanlı tələbə adını qazanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, şahmat üzrə Dünya və Avropa Çempionatlarında qazandığı nailiyyətlərə görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına birbaşa qəbul edilib.
Qeyd edək ki, Süleyman 2006-cı ildə Şəkidə anadan olub. 5 yaşından Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbində müəllim işləyən anasından şahmat öyrənməyə başlayıb.
2015-ci ildə məktəblilərin şahmat üzrə Avropa çempionatında Qızıl medal qazanıb. 2019-cu ildə Antalyada (Türkiyə) keçirilən 7–17 yaşlı məktəblilər arasında şahmat üzrə Dünya çempionatında gümüş medal qazanıb. 2022-ci ildə Naxçıvanda keçirilmiş beynəlxalq “Second Sunday” şahmat turnirində 1-ci yeri tutub və 15 yaşında FİDE Ustası (FM) olub.
Həmçinin Naxçıvanda keçirilən 16 yaşlı yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında “Azərbaycan-1” komandasının heyətində 3-cü yeri tutub.
Bu ilin əvvəlində Yunanıstanın Rodos şəhərində keçirilən 7–17 yaşlı məktəblilər arasında şahmat üzrə Dünya çempionatında Gümüş medal qazanıb. İyun ayında Bakıda keçirilmiş sahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyində öz yaş qrupunda 2-ci yeri tutaraq Avropa çempionatına vəsiqə qazanıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:49 / 31.08.2023
Dünya çempionu ali məktəbə qəbul OLDU - FOTO
Hazırda oxunan: Dünya çempionu ali məktəbə qəbul OLDU - FOTO
Hazırda oxunan: Dünya çempionu ali məktəbə qəbul OLDU - FOTO
153022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.