“Azərreyl” yeni klub yaratdı: Baş məşqçi də bəllidir 

“Azərreyl” yeni klub yaratdı: Baş məşqçi də bəllidir 

Hazırda oxunan: “Azərreyl” yeni klub yaratdı: Baş məşqçi də bəllidir 

152951

“Azərreyl” müəyyən fasilədən sonra kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq.  

Bizim.Media xəbər verir ki, komandanın çempionatda inamlı çıxışı üçün artıq formalaşmasına start verilib.  

Əsasən gənclərdən qurulacaq “Azərreyl”in inkişafı üçün kluba təcrübəli mütəxəssis cəlb olunub. Komandada baş məşqçi postu Boris Qrebennikova həvalə edilib. Qazaxıstan və Fransa vətəndaşlığı olan çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb.  

Onun qarşısına əsas hədəf kimi “Azərreyl” yüksəklərə daşımaq və Azərbaycan milli komandasına yeni adlar qazandırmaq tapşırığı qoyulub.

Boris Qrebennikov, eyni zamanda Qazaxıstan yığmasında da baş məşqçi kimi işini davam etdirəcək. 65 yaşlı mütəxəssis Bakı təmsilçisinə gəlincə, müxtəlif ölkələrdə işləyib. O, Fransanın kişilərdən ibarət “Renn” klubunda oynayan məşqçi, daha sonra baş məşqçi kimi çalışıb. Bu komandaya ölkə kubokunu qazandırıb.  

Mütəxəssis ardınca Rusiyada “Qazprom-Yuqra” və “Ural” kimi böyük komandaların “sükanı arxasında” olub. Tunisdə “Etual du Sahel”də də işləyən çalışdırıcı burada ölkə çempionatını və Superkubokunu qazanıb. 
Qeyd edək ki, “Azərreyl”in qadınlardan ibarət komandası Cengiz Akarçeşmeyə həvalə olunub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO