Bakıdan Xankəndiyə yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır - YENİLƏNİB 

Bakıdan Xankəndiyə yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır - YENİLƏNİB 

Hazırda oxunan: Bakıdan Xankəndiyə yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır - YENİLƏNİB 

152823

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanı Ağdam-Xankəndi yoluna çatıb. 

Bizim.Media report.az-a istinadən xəbər verir ki, avtomobillərin içərisində 40 ton un məmulatları var.

*** 17:05

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım Ağdama çatıb. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, hazırda içərisində 40 ton un məmulatları olan iki TIR Ağdam rayonu ərazisindən Ağdam-Xənkəndi yolu istiqamətinə hərəkət edir. 

MÖVZU İLƏ BAĞLI:

Bakıdan Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolu ilə YARDIM GÖNDƏRİLİR - VİDEO


Qeyd edək ki, bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib ki, avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalanıb:

“Bəyanatımızın da fəlsəfəsinə görə irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardımçı olmaqdır. Sözügedən bəyanatdan sonra biz bu məsələləri icraya göndərmişik və hazırda humanitar yardımımız göndərilir. Qırmızı Aypara Cəmiyyətinin rəhbər işçiləri, o cümlədən könüllülərimiz Ağdam-Xankəndi yoluna doğru irəliləyəcək”. 

“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”, - o, vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO