Bakıda partlayış zamanı 2 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO/VİDEO 

Bakıda partlayış zamanı 2 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO/VİDEO 

Hazırda oxunan: Bakıda partlayış zamanı 2 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO/VİDEO 

152666

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. 

Nazirliyin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 90 m² olan fərdi yaşayış evində ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. 
Hadisə nəticəsində evin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə, ümumi girişin tavan və dam örtüyü 30 m² sahədə yanıb. Partlayışın təsirindən otağın arakəsmə divarı isə uçub.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan iki nəfər təcili yardım briqadasına təhvil verilib. 

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO