İxtisas seçimi yekunlaşır - Abituriyentlərin NƏZƏRİNƏ 

İxtisas seçimi yekunlaşır - Abituriyentlərin NƏZƏRİNƏ 

Hazırda oxunan: İxtisas seçimi yekunlaşır - Abituriyentlərin NƏZƏRİNƏ 

152619

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək. 

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, 28 avqust saat 09:00-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 67625 abituriyent ərizəsini təsdiq edib. 

1180 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib. İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək. 

İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər. 
Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO