Şəkidə avtomobil yoldan çıxaraq ağaca çırpıldı - YARALILAR VAR

Şəkidə avtomobil yoldan çıxaraq ağaca çırpıldı - YARALILAR VAR

Hazırda oxunan: Şəkidə avtomobil yoldan çıxaraq ağaca çırpıldı - YARALILAR VAR

152542

Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndindən keçən hissəsində Şəki rayonunun Zunud kənd sakini, 35 yaşlı Nəsimi Novruzovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza nəticəsində avtomobildə olan sərnişinlər, Zunud kənd sakini 32 yaşlı Tural Qabulov və İnçə kənd sakini 58 yaşlı Neymət Cumazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  

Qəza zamanı sərnişinlərdən biri avtomobildə sıxılmış vəziyyətdə qaldığından FHN-in Şəki Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq Təcili Tibbi Yardım briqadasına təhvil verilib.

Daha sonra yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinə və müalicəsi aparılır. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirlilir. 
Hadisənin təfərrüatları araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO