Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev eksdə ABŞ-nin “The New York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə çıxarış paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib.
Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkədə yazıb:
“Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”.
H.Hacıyevin paylaşdığı “The New York Post”dakı xəbərin başlığında qeyd olunub: “Sen. (senator – red.) Bob Menendesin arvadı ofisi federal araşdırma təhlükəsi ilə üz-üzə olduğunu etiraf etməzdən aylar öncə 400 min dollar qızıl külçə satıb”.
Money Talks! All anti-Azerbaijani pro-armenian lobbyists and politicians in the United States and Europe need to be further investigated.
— Hikmet Hajiyev (@HikmetHajiyev) August 27, 2023
"Sen. Bob Menendez’s wife sold $400K in gold bars months before his office admitted he was facing federal probe"//t.co/itYeHuhgKU pic.twitter.com/5X45jyOztM
Bizim.Media