“Araz Naxçıvan” “Neftçi”nin sabiq legioneri ilə danışıq aparır

“Araz Naxçıvan” “Neftçi”nin sabiq legioneri ilə danışıq aparır

Hazırda oxunan: “Araz Naxçıvan” “Neftçi”nin sabiq legioneri ilə danışıq aparır

152463

Premyer Liqanın debütantı olan “Araz Naxçıvan” heyətini gücləndirmək istəyir.  

Bizim.Media xəbər verir ki, Naxçıvan təmsilçisi hazırda bəzi futbolçularla danışıqları davam etdirir.  

Həmin oyunçulardan da biri vaxtilə “Neftçi”də oynamış Sabir Buqrindir. Əgər danışıqlar müsbət yekunlaşarsa, Buqrin yay transfer pəncərəsi bağlanana qədər “Araz Naxçıvan”la müqavilə imzalaya bilər.  

Xatırladaq ki, “Neftçi” Buqrini Tunisin “Esperansa” klubuna satmışdı. Amma onun buradakı vəziyyətindən məmnun olmadığı və yenidən Azərbaycana qayıtmaq istədiyi bildirilir.  

Qeyd edək ki, futbolçunun “Neftçi”yə qayıtmaq ehtimalı da var. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO